Satılır 7 otaqlı yeni tikili 452 m², Ağ şəhər q.
𝓐ğ Şəhərdə, sizə özünüzü həyət evində yaşayırmış kimi rahat hiss etdirəcək bir mənzil təqdim edirik. Bütün mərtəbəni əhatə edən bu mənzil 452 kv.m sahəyə malikdir. Ara kəsmələri hörülməmiş 272 kv.m geniş daxili sahə isə sizə mənzili öz zövqünüzə uyğun olaraq 5–8 otaqlı şəkildə layihələndirmək imkanı yaradır.
Mənzilə məxsus 180 kv.m geniş terras mövcuddur. Bu terras heç bir məhdudiyyət olmadan istədiyiniz kimi dizayn edilə və gündəlik həyat tərzinizə uyğun istifadə oluna bilər. Terrasdan Ağ Şəhərə, dənizə və şəhərə açılan qarşısıalınmaz, panoramik mənzərə mövcuddur.
Yaşayış kompleksi 24/7 canlı və video müşahidə ilə yüksək səviyyədə mühafizə olunur.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz. Agentlik komissiyası 1% təşkil edir.
















































































































































































